|
“Firstline Assistance” Azərbaycanda konsyerj xidmətlərini təklif edən lider şirkətlərdən biridir.İstənilən sahədə çalışan insanların arzu və istəkləri müqabilində paketlər təqdim edən şirkət 100-dən artıq yerli və xarici şirkətlərlə əməkdaşlıq edir və eyni zamanda çoxsaylı korparativ və fərdi müştəri bazasına malikdir.
Müştərilərimiz il ərzində 24 saat ehtiyac duyduqları hər hansı bir məsələ,sual,ehtiyac və istəkləri ilə bağlı Firstline Assistance-a zəng edirlər,bizim təcrübəli və mədəni əməkdaşlarımız isə onların istəklərini öyrənərək dərhal həyata keçirirlər.
Firstline-sizin problemlərinizi həll edən, istək və tələblərinizi həyata keçirən, geniş xidmətlər toplusuna malik olan şirkətdir.
Harda olmağınızdan asılı olmayaraq Firstline konsyerj xidməti 24 saat ərzində nəyinki sizin, hətta yaxınlarınızın da problemlərini operativ şəkildə həll etməyə qadirdir. Şirkətimiz sayəsində siz günlük qayğılarınızdan azad olacaqsınız.Məsələn,evdə əyləşib sizə lazım olan meyvə-tərəvəz,ərzaq məhsullarının siyahısını deməklə cox qısa zaman kəsiyində,yalnız onların məbləğini ödəməklə bazarlıq etmiş olarsınız.Və yaxud çox əziz,nə vaxtdan bəri gözlədiyiniz əcnəbi qonağı qarşılamaq,onu oteldə yerləşdirmək üçün heç cür vaxt edə bilmirsinizsə,bu işi tam məsuliyyətlə Firstline Assistance konsyerj xidmətinə həvalə edə bilərsiniz.
Firstline-sizi əyləncə dünyası və istirahətə, incəsənət və musiqiyə, dəbdəbə və modaya, uğurlu biznesə və s. aparan yaşıl yoldur(dəhlizdir). Restoranda masa rezervasiyası, yaxta kirayəsi, məhsulların çatdırılması, oteldə nömrə bron edilməsindən başlayaraq,taksi sifarişi, kimyəvi təmizlik xidmətləri, mötəbər tədbirlərdə iştirakadək ən müxtəlif istəklərinizi həyata keçirmək iqtidarındayıq. Qanun çərçivəsində olmaqla bütün arzularınızı reallaşdıra bilərik!
Sizə bir zəng qədər yaxınıq!
|